Mançinidən "Mançester Yunayted"ə rədd cavabı
Transfer

Mançinidən "Mançester Yunayted"ə rədd cavabı

  • 2021-11-24

"Mançester Yunayted" Ole Qunnar Sulşeri istefaya göndərdikdən sonra baş məşqçi axtarışlarını davam etdirir. 

"Bild"ə istinadən, "qırmızı şeytanlar" İtaliya millisinin çalışdırıcısı Roberto Mançini ilə danışıqlar aparıb. Lakin 56 yaşlı mütəxəssis bu təklifi qəbul etməyib. Mançini Premyer Liqa klubunu rədd etməsinə səbəb kimi yığma komanda ilə birlikdə DÇ-2022-yə hazırlaşmasını göstərib. 

Qeyd edək ki, "Mançester Yunayted" Sulşerlə 3 gün əvvəl yollarını ayırıb.