Mandjukiç Xorvatiya millisində
Transfer

Mandjukiç Xorvatiya millisində

  • 2021-11-23

"Bavariya"nın sabiq hücumçusu Mario Mandjukiç Xorvatiya millisinin məşqçilər heyətinə qoşulub.

Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən, o, yığmanın baş məşqçisi Zlatko Daliçin köməkçisi vəzifəsinə təyin edilib. 35 yaşlı sabiq hücumçu komandaya 2022-ci il dünya çempionatına hazırlaşmağa kömək edəcək.

Qeyd edək ki, Xorvatiya millisinin keçmiş üzvü Mandjukiç futbolçu karyerasını sentyabrın əvvəlində başa vurub.

Xatırladaq ki, Xorvatiya yığması DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə qazanıb.