Haalanda ikiqat maaş təklifi
- 2021-11-23
"Borussiya" futbolçusu Erlinq Haallandı daha bir il komandada saxlamaq üçün əlindən gələni edir.
"Sky Sport Germany" nəşrinə istinadən, Dortmund klubu norveçli hücumçunun maaşını iki dəfə 8-9 milyon avrodan 16-18 milyona qaldırmağa hazırdır.
Bundan əlavə, "Borussiya" yeni müqavilə üzrə təzminatın 2022-ci ildə deyil, 2023-cü ildə qüvvəyə minməsini istəyir.
Qeyd edək ki, Haalandın klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayı başa çatır. Onunla Avropanın bir çox nəhəng klubu maraqlanır.