Zidan "PSJ"yə rəhbərlik edə bilər
Transfer

Zidan "PSJ"yə rəhbərlik edə bilər

  • 2021-11-23

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "PSJ"yə rəhbərlik edə bilər.

Bu barədə "Marca" nəşri məlumat yayıb. İddiaya görə, Paris klubunun futbolçuları hesab edirlər ki, 49 yaşlı mütəxəssis yaxın vaxtlarda komandaya baş məşqçi təyin olunacaq.

Bildirilir ki, futbolçular arasında söhbətdə Zidanın adı tez-tez hallanır. Onlar klubda baş verənlərdən məlumatlıdırlar və yaxın vaxtlarda dəyişikliyin baş verəcəyini gözləyirlər.

Yayılan xəbərlərə görə, "PSJ"nin hazırkı baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"ə keçəcək. Onu isə hazırkı vəzifəsində Zidan əvəzləyəcək.

Xatlrladaq ki, hazırda "PSJ" 37 xalla Fransa Liqasında liderdir.