"PSJ"dən "Yuventus"a
Transfer

"PSJ"dən "Yuventus"a

  • 2021-11-23

"PSJ"nin futbolçusu Leonardo Paredes karyerasını İtaliyada davam etdirə bilər.

"Yuventus" klubu argentinalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. A Seriyası təsmilçiləri Paredes üçün qışda "PSJ"yə təklif göndərəcək. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm Paris komandası ilə Liqa 1-də cəmi 3 oyuna çıxıb.

Qeyd edək, Paredes daha əvvəl İtaliyada "Roma" və "Empoli"də çıxış edib.