Qaret Sautgeytlə müqavilə yeniləndi
Transfer

Qaret Sautgeytlə müqavilə yeniləndi

  • 2021-11-22

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeytin müqaviləsi uzadılıb.

İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən, 51 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin dekabrınadəkdir.

Qeyd edək ki, Sautgeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı DÇ-2018-in yarımfinalına və Avro-2020-nin finalına çıxarıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.