Zidandan rədd cavabı
Transfer

Zidandan rədd cavabı

  • 2021-11-22

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"in təklifindən imtina edib.

"COPE" nəşrinə istinadən, "qırmızı-şeytanlar"ın rəhbərliyi Ule-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçisi vəzifəsi ilə bağlı Zidanla danışıqlar aparıb. Fransalı mütəxəssisin cavabı mənfi olub. O, ümumiyyətlə, İngiltərədə işləmək istəmədiyini bildirib.

Yaxın gələcəkdə Zidanın "PSJ"yə başçılıq edəcəyi isə istisna olunmur.