Sulşerin vida sözləri
- 2021-11-22
"Mançester Yunayted"dən göndərilən Ole-Qunnar Sulşer bu barədə danışıb.
48 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Əla fürsətim oldu. Bu klubun adını yüksək yerlərdə tutmaq bir şərəfdir və vəzifəmizdir. Ümid edirəm ki, komandanı daha yaxşı vəziyyətdə tərk etdim.
Yeni dostlar, tanışlar qazandım. Xoş münasibətlər qurdum. Hər şey ilk gündən möhtəşəm idi. Sizinlə yenidən görüşəcəyik".
Qeyd edək ki, futbolçu kimi 11 il (1996-2007) "Mançester Yunayted"də çıxış etmiş Sulşer 2018-ci ildən "qırmızı şeytanlar"ı çalışdırırdı.