"Mançester Yunayted" Sulşerlə yolları ayırdı - Rəsmi
Transfer

"Mançester Yunayted" Sulşerlə yolları ayırdı - Rəsmi

  • 2021-11-21

"Mançester Yunayted" baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

Klubun rəsmi saytına istinadən, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"ə baş məşqçi təyin edilimişdi. Uğursuz mövsüm keçirən "qırmızı şeytanlar" hazırda 17 xalla 7-ci pillədə qərarlaşıb.