Uruqvay millisinin baş məşqçisi istefaya göndərildi
- 2021-11-20
Uruqvay millisi baş məşçisi Oskar Tabareslə yolları ayırıb.
Uruqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. O, yığmanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Uruqvay DÇ-2022-nin final mərhələsinə yüksəlməmək riski var.
Qeyd edək ki, Tabares 2006-cı ildən yığmanı çalışdırırdı. Son illər 74 yaşlı mütəxəssisin səhhətində ciddi problemlər yaranıb. O, sərbəst yeriyə bilmir.