Azad agent kimi klubu tərk edir
Transfer

Azad agent kimi klubu tərk edir

  • 2021-11-19

Cessi Linqard və "Mançester Yunayted" arasında müqavilənin müdddətinin uzadılması ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilib ki, futbolçu yayda azad agent kimi klubu tərk etməyə çalışacaq. Onun qış transfer pəncərəsində də Mançester təmsilçisindən ayrıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, Linqard İngiltərə Premyer Liqasında bu mövsüm 5 oyunda iştirak edib və 2 qol vurub.