Levandovski yeni müqavilə imzalamaq istəyir
Transfer

Levandovski yeni müqavilə imzalamaq istəyir

  • 2021-11-19

"Bavariya"nın futbolçusu Robert Levandovski klubu ilə müqaviləsini uzada bilər.

"Sport Bild"ə istinadən, polşalı oyunçunun agenti Pini Zahavi yeni müqavilə ilə bağlı danışıqlara başlamaq üçün Münhen təmsilçisinin rəsmiləri ilə görüşmək istəyir.

33 yaşlı  hücumçunun "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Levandovski bu mövsüm klubunda  17 oyuna çıxıb, 23 qol vurub və 2 qol ötürməsi verib.