Dieqo Qodin "Atletiko"ya qayıtmaq istəyir
Transfer

Dieqo Qodin "Atletiko"ya qayıtmaq istəyir

  • 2021-11-19

Uruqvay millisinin kapitanı Dieqo Qodin "Atletiko"ya qayıtmaq istəyir.

Bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Hazırda "Kalyari"də çıxış edən 35 yaşlı müdafiəçinin qışda İtaliya klubundan ayrılacağı bildirilib.

Qeyd edək ki, Qodin 2010-2019-cu illərdə "Atletiko"da çıxış edib. Madrid təmsilçisi ilə La Liqada 250-dən çox oyuna çıxan futbolçu 2019-cu ildə "İnter"ə, daha sonra isə "Kalyari"yə keçib.