40 yaşlı İbrahimoviç yeni müqavilə imzalayır
Transfer

40 yaşlı İbrahimoviç yeni müqavilə imzalayır

  • 2021-11-18

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç klubu ilə bu mövsümün sonu başa çatacaq müqaviləsini uzadacaq.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Bildirilib ki, 40 yaşlı oyunçu ilə 2023-cü ilin iyununda başa çatacaq müqavilə imzalanacaq.

Qeyd edək ki, isveçli futbolçu bu mövsüm A Seriyasında 6 oyunda 3 qol vurub.