"Barselona"nın yeni hədəfi
Transfer

"Barselona"nın yeni hədəfi

  • 2021-11-18

"Barselona" "Çelsi"nin kapitanı Sesar Aspilikueta ilə maraqlanır.

Bu barədə ESPN telekanalı məlumat yayıb. Kataloniya klubunun ispan müdafiəçini yayda heyətinə qatmaq istədiyi bildirilib.

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"də çıxış edən Aspilikuetanın klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. 32 yaşlı müdafiəçi "zadəganlar"la hələ yeni müqavilə imzalamayıb.