Zidan "Yunayted"dən imtina etdi
Transfer

Zidan "Yunayted"dən imtina etdi

  • 2021-11-18

"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"i çalışdırmaqdan imtina edib.

Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. O, klub rəhbərliyinə bu vəzifəyə özünü hazır hiss etmədiyin bildirib. Zidan yaya qədər istirahət etmək istədiyini qeyd edib.

Qeyd edək ki, uğursuz nəticələrə görə "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerlə yollarını ayıracağı barədə xəbərlər yayılıb.