AFFA De Byazi ilə yolları ayırır
Transfer

AFFA De Byazi ilə yolları ayırır

  • 2021-11-16

İtaliya mətbuatı AFFA-nın Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracağı haqda məlumat yayıb.

"TuttoMercato" nəşri 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsinin yenilənməyəcəyini yazıb. Millinin uğursuz çıxışları səbəbindən AFFA rəhbərliyinin italyan mütəxəssislə vidalaşacağı bildirilib. 

Qeyd edək ki, Canni De Byazinin 2020-ci ilin avqustunda baş məşqçi təyin olunduğu yığmamız bu müddətdə 20 oyunda cəmi 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub. DÇ-2022-nin seçmə mərgələsində isə millimiz cəmi 1 xalla qrup sonuncusu olub.