Adı "Real"la hallanan Haaland İPL-də oynaya bilər
Transfer

Adı "Real"la hallanan Haaland İPL-də oynaya bilər

  • 2021-11-16

“Borussiya” Dortmundun futbolçusu Erlinq Haaland karyerasını İngiltərədə davam etdirə bilər.

Bu barədə ispaniyalı jurnalist Xosep Pedrerol bildirib.

O, Haalandın “Real”a keçəcəyi ilə bağlı yayılan məlumatlara cavab olaraq deyib:

“Real” rəhbərliyi Halandın Premyer Liqa klublarından birinə keçəcəyini bilir”.

Qeyd edək ki, Erlinq Haalandın “Borussiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.