Bəzi futbolçular Sulşerdən narazıdırlar
- 2021-11-16
"Mançester Yunayted"in bəzi futbolçuları baş məşqçi Ole-Qunnar Sulşerin qərarlarından narazıdırlar.
Bu barədə ESPN nəşri məlumat yayıb.
Yayda norveçli mütəxəssis bəzi oyunçuları tez-tez meydançaya buraxacağına söz verib. Bunu nəzərə alaraq, Donni van de Bek, Antoni Marsyal, Cesse Linqard, Din Henderson, Erik Bayi, Dioqo Dalot, Xuan Mata və Aleks Telles bu vədi nəzərə alaraq klubdan ayrılmamaq qərarına gəliblər.
Bununla belə, oyunçular indi aldandıqlarını hiss edirlər. Komandanın bir hissəsi Sulşerin vədini yerinə yetirməməsindən məyusdur.