Fernandu Santuşla bağlı yekun qərar
- 2021-11-16
Portuqaliya Futbol Federasiyası millinin baş məşqçisi Fernandu Santuşu istefaya göndərməyi planlaşdırmır.
Bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, Portuqaliya DÇ-2022-nin seçmə mərhələsinin son oyununda Serbiyaya uduzub (1:2) və turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmaq fürsətini əldən verib. Buna baxmayaraq, Portuqaliya Futbol Federasiyası hələ də 67 yaşlı mütəxəssisə güvənir. O, komandanı gələn ilin martında keçiriləcək pley-off mərhələsinə hazırlayacaq.
Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2016-cı ildə Avropa çempionatının və 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.