Koutinyo qalmaq istəyir
Transfer

Koutinyo qalmaq istəyir

  • 2021-11-16

"Barselona"nın futbolçusu Felipe Koutinyo yaxın gələcəkdə klubdan ayrılmağı düşünmür. 

Bu barədə "Diario Sport" məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi komandada qalıb, daha çox oyun şansı alacağına inanır. 

Kataloniya klubu isə Koutinyonu satmağı və ya icarəyə göndərməyi düşünür. Lakin "Barselona" hələlik braziliyalı oyunçu üçün klub tapmayıb. 

Qeyd edək ki, Koutinyo 2018-ci ildən "Barselona"da oynayır.