Cerrardın yerinə Kuman
Transfer

Cerrardın yerinə Kuman

  • 2021-11-16

"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Şotlandiyada çalışa bilər.

"The Times"ə istinadən, "Reyncers" niderlandlı mütəxəssislə maraqlanır. Klub rəhbərliyinin baş məşqçi postundan ayrılan və "Aston Villa" ilə sözləşmə imzalayan Stiven Cerrardı Kumanla əvəzləmək istədiyi bildirilib.

Qeyd edək ki, 2020-ci ilin avqustundan "Barselona"nı çalışdıran Kuman oktyabrda istefaya göndərilib.