Dani Alveş tibbi baxışdan keçdi
Transfer

Dani Alveş tibbi baxışdan keçdi

  • 2021-11-15

"Barselona"nın yeni transferi Dani Alveş Kataloniya klubunda tibbi baxışdan keçib.

Klubun mətbuat xidmətinə istinadən, baxışdan uğurla keçən 38 yaşlı müdafiəçi bu gün komanda ilə məşqə çıxacaq.

Xatırladaq ki, Braziliya millisinin üzvü 2008-2016-cı illərdə də "Barselona"da oynayıb və 23 titul qazanıb. O, son klubu "San Paulu"dan sentyabrda ayrılıb.