Premyer Liqada yeni baş məşqçi
Transfer

Premyer Liqada yeni baş məşqçi

  • 2021-11-15

"Norviç Siti"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Klubun rəsmi saytına istinadən, komandanı Din Smit çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Din Smitin son iş yeri "Aston Villa" olub. O, bir neçə gün öncə istefaya göndərilib və əvəzinə Stiven Cerrard gətirilib. 

Qeyd edək ki, “Norviç Siti” 11 turdan sonra 5 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşır.