"Barselona" "Fənərbaxça"nın futbolçusunu istəyir
Transfer

"Barselona" "Fənərbaxça"nın futbolçusunu istəyir

  • 2021-11-14

"Barselona" "Fənərbaxça"nın futbolçusu Atilla Salayı almaq istəyir. 

Kataloniya klubu 23 yaşlı müdafiə üçün təklif göndərməyə hazırlaşır. Daha əvvəl "Çelsi", "Sevilya" və "Atletiko"nun 23 yaşlı müdafiəçi ilə maraqlandığı bildirilmişdi.

Qeyd edək ki, "Fənərbaxça" macar müdafiəçini bu ilin yanvarında Kipr "Apollon"undan 2 milyon avroya transfer edib.