Sterlinqlə bağlı son qərar verildi
- 2021-11-14
"Mançester Siti" komandadan ayrılmaq istəyən Rahim Sterlinqlə bağlı qərar verib.
"Şəhərlilər" qış fasiləsində 26 yaşlı yarımmüdafiəçini satmaqdan imtina edib. Baş məşqçi Pep Qvardiola ingilis futbolçunun bu mövsüm planlarında yer aldığını rəhbərliyə bildirib.
Qeyd edək ki, Sterlinq 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, bu mövsüm az oynadığı üçün ayrılmağı düşündüyünü açıqlamışdı.