"Real" onu almaq üçün israrlıdır
Transfer

"Real" onu almaq üçün israrlıdır

  • 2021-11-14

"Real" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı almaqda israrlıdır.

Madrid təmsilçisi qış tranfer pəncərəsində də 28 yaşlı yarımmüdafiəçinin keçidini həll etməyə çalışacaq.

Lakin "Mançester Yunayted" "Yuventus", "Barselona" və "PSJ"nin də gündəmində olan Poqbanı komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, Pol Poqba bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 7 məhsuldar ötürmə verib.