"Siti"nin Keyn israrı davam edir
Transfer

"Siti"nin Keyn israrı davam edir

  • 2021-11-12

"Mançester Siti" "Tottenhem"in futbolçusu Harri Keyni sıralarına qatmaqda israrlıdır. 

Bu barədə "ESPN" məlumat yayıb. "Şəhərlilər" 28 yaşlı hücumçu üçün yeni transfer təklifi göndərməyə hazırlaşır. Lakin "Tottenhem" Keyni buraxmaq istəmir. "Siti" qarşı tərəfə 150 milyon sterlinq ödəməyə razıdır. 

"Mançester Siti" yay transfer pəncərəsində də ingiltərəli oyunçunun keçidini həll etməyə çalışsa da, "Tottenhem" buna mane olmuşdu. 

Qeyd edək ki, Keyn bu mövsüm 16 matçda 7 qol vurub.