"Arsenal"ın Ronaldonu ala bilmədiyi üçün çox təəssüflənirəm
Transfer

"Arsenal"ın Ronaldonu ala bilmədiyi üçün çox təəssüflənirəm

  • 2021-11-11

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb. 

72 yaşlı mütəxəssis "TalkSport"a açıqlamasında 36 yaşlı hücumçunun "topçular"da çıxış etməsini istədiyini deyib: 

"Bu, Kriştiano Ronaldodur. Onun "Arsenal"da oynamasını istəyərdim. Amma o, "Mançester Yunayted" ilə müqavilə imzalayıb. "Arsenal"ın Ronaldonu ala bilmədiyi üçün çox təəssüflənirəm". 

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. 

Əlavə edək ki, Ronaldo "qırmızı şeytanlar"la avqustun 31-i 2+1 illik müqavilə imzalayıb.