Cerrard "Aston Villa"da - Rəsmi
Transfer

Cerrard "Aston Villa"da - Rəsmi

  • 2021-11-11

Stiven Cerrardın "Aston Villa"ya baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib. 

Bu barədə klubun saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Cerrard 2018-ci ildən "Reyncers"ə baş məşqçilik edirdi. O, məhz "Aston Villa"nı çalışdırmaq üçün Şotlandiya klubu ilə 2024-cü ilin yayınadək olan sözləşməsinə xitam verib.