"PSJ"nin Ronaldo israrı davam edir
Transfer

"PSJ"nin Ronaldo israrı davam edir

  • 2021-11-11

"PSJ" "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu heyətinə qatmaq istəyir. 

Paris təmsilçisi 36 yaşlı hücumçu ilə danışıq aparmağa hazırdır. Hətta keçidi müzakirə etmək üçün Ronaldonun meneceri ilə əlaqə də saxlayıblar.

Qeyd edək ki, Ronaldo avqustun 31-i "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb.