"Liverpul"un yeni transfer istəyi
Transfer

"Liverpul"un yeni transfer istəyi

  • 2021-11-10

"Liverpul" qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir. 

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. "Mersisaydlılar" "Vilyarreal"dan Arnaud Danjum Qruneveldi almağı planlaşdırır.

Klub yay transfer pəncərəsində 24 yaşlı hücumçunu sıralarına qatmaq istəsə də, "Vilyarreal" mübarizədə qalib gəlmişdi. Lakin "Liverpul" bu dəfə futbolçunu almaq üçün israrlıdır. 

Qeyd edək ki, Arnaud "Vilyarreal"a bu yay "Bornmut"dan keçib.