Şevçenkonun yeni iş yeri - Rəsmi
- 2021-11-07
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirəcək.
45 yaşlı mütəxəssis "Cenoa"nı çalışdıracaq. Bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hələlik onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb. İtaliya mətbuatı Şevçenkonun 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcəyini yazıb.
Qeyd edək ki, "Cenoa" A seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.