"Barselona" 3 futbolçu alacaq
Transfer

"Barselona" 3 futbolçu alacaq

  • 2021-11-06

"Barselona" qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək. 

Bu barədə klub prezidenti Joan Laporta "Marca"ya açıqlamasında danışıb. Kataloniya təmsilçisinin qış transfer pəncərəsində sıralarına 3 oyunçu qatacağını bildirib. Bu futbolçulardan biri hücum xətti üçün transfer ediləcək. 

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 16 xalla 9-cudur. Klub ötən həftə baş məşqçisi Ronald Kumanı istefaya göndərib və bu gün həmin vəzifəyə Xavini gətirib.