Şevçenkoya yeni təklif
Transfer

Şevçenkoya yeni təklif

  • 2021-11-06

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirə bilər.

45 yaşlı mütəxəssisə "Cenoa"dan təklif gəlib. A seriyası təmsilçisi Şevçenkoya illik 1,8 milyon avro ödəməyə hazırdır. Ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif olunub.

Qeyd edək ki, "Cenoa" A seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.