Depay "Barselona"da
Transfer

Depay "Barselona"da

  • 2021-06-19

"Barselona" növbəti transferini həyata keçirib.

Kataloniya təmsilçisi "Lion"la müqaviləsi başa çatan  Memfis Depayı transfer edib.  27 yaşlı hücumçu ilə 2023-cü ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, niderlandlı oyunçu ötən mövsüm Fransa çempionatında meydana çıxdığı 36 matçda 20 qol vurub və 10 qolun ötürməsini verib.