Xavi "Barselona"da - Rəsmi
Transfer

Xavi "Barselona"da - Rəsmi

  • 2021-11-06

Xavinin "Barselona"nın baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. 

"Barselona"nın yeni baş məşqçisi Xavi deyib. O, təyinatı belə şərh edib: 

"Çalışacağıq ki, futbolçuları sevindirək. Çox işləmək, qarşıya dəqiq məqsədlər qoymaq və təbii ki, qalib gəlməyə çalışmaq lazımdır. Mən çox pozitivəm. Mən də çətin vəziyyətlərdən keçmişəm. İşlərin düzəlməsini səbirsizliklə gözləyirəm. Amma təbii ki, işlərin necə getdiyini başa düşmək üçün futbolçularla danışmalıyam". 

Qeyd edək ki, Xavinin son klubu "Əl-Sədd" (Qətər) olub. O, 2019-cu ildən bu komandanı çalışdırırdı.