"Mançester Yunayted" Hazarddan imtina etdi
Transfer

"Mançester Yunayted" Hazarddan imtina etdi

  • 2021-11-04

"Mançester Yunayted" "Real"ın futbolçusu Eden Hazardı almaqdan imtina edib. 

Bu barədə "El Nacional" məlumat yayıb. "Real" "qırmızı şeytanlar"a yanvar ayında 30 yaşlı yarımmüdafiəçini almağı təklif edib. Lakin "Mançester Yunayted" bu təklifi rədd edib.  

"Real" Hazardı komandada saxlamaq niyyətində deyil. Buna görə də klub belçikalı oyunçunu qış transfer pəncərəsində satmağı planlaşdırır. Hazardın Madrid təmsilçisi ilə sözləşməsi isə 2024-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Hazard bu mövsüm "Real"da 10 matçda 1 qol vurub.