Dibala "Yuventus"la razılığa gəldi
Transfer

Dibala "Yuventus"la razılığa gəldi

  • 2021-11-04

"Yuventus" futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Argentinalı hücumçunun klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilib. Onun ilinə 8.5 milyon avro qazanacağı yazılıb. 27 yaşlı futbolçunun daha 1.5 milyon avro bonus alacağı vurğulanıb.

Qeyd edək ki, Dibala bu mövsüm Turin klubunda 10 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.