Xavi "Barselona" ilə danışıqları təsdiqlədi
- 2021-11-04
"Əl-Sədd"in (Qətər) çalışdırıcısı Xavi "Barselona"nın baş məşqçi vəzifəsinə mümkün təyinatını şərh edib.
O, "TV3"ə açıqlamasında bununla bağlı deyib:
"Mən çox pozitiv insanam, iki klub danışıqlar aparır. Bu, sağlam düşüncə məsələsidir. Mən həyəcanlıyam. Hər iki klub mənim harada olduğumu bilir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq".
Qeyd edək ki, Xavinin Qətər təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilə qədər hesablanıb.