Asensio Avropa nəhənglərinin hədəfində
Transfer

Asensio Avropa nəhənglərinin hədəfində

  • 2021-11-02

"Real"ın futbolçusu Marko Asensio Avropanın bir neçə klubunun maraq dairəsindədir.

"El Nacional" nəşrinə istinadən, ispaniyalı hücumçu özü də Madrid təmsilçisindəki durumundan narazıdır və qışda klubunu dəyişmək istəyir.

Onunla maraqlanan klublar arasında "Liverpul", "Arsenal", "Yuventus", "Milan"  kimi nəhənglər olsalar da, ən real variant Dortmund "Borussiya"sıdır. Bundesliqa təmsilçisi İspaniya millisinin üzvü üçün yaxın vaxtlarda "Real"a rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Real"la 2023-cü ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 11 oyuna çıxıb və 3 qol vurub.