"Barselona"nın yeni transfer hədəfi
Transfer

"Barselona"nın yeni transfer hədəfi

  • 2021-11-02

"Barselona" heyətinə yeni futbolçu qatmaq istəyir. 

Kataloniya klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beki transfer etməyi planlaşdırır.

24 yaşlı oyunçu özü də Kataloniya klubuna keçməkdə maraqlıdır. La Liqa təmsilçisi isə qış fasiləsində onun transferinə çalışacaq.

Qeyd edək ki, Donni van de Bek "Mançester Yunayted"ə ötən il "Ayaks"dan keçib.