"Bavariya"nın yeni transfer hədəfi
Transfer

"Bavariya"nın yeni transfer hədəfi

  • 2021-10-29

"Bavariya" hücum xəttini gücləndirmək istəyir.

Münhen təmsilçisi "Napoli"nin futbolçusu Viktor Osimhenlə maraqlanır. Bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb. "Bavariya"nın nigeriyalı hücumçunu yeni mövsüm üçün transfer etmək niyyətində olduğu bildirilib.

O da qeyd olunub ki, "Napoli" Osimheni azı 100 milyon avroya satmaq istəyir. 

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm "Napoli" ilə 11 oyunda 9 qol vurub.