Sulşerin əvəzləyicisi tapıldı
Transfer

Sulşerin əvəzləyicisi tapıldı

  • 2021-10-29

"Mançester Yunayted" baş məşqçisi Ole Qunnar Sulşeri istefaya göndərəcəyi təqdirdə bu vəzifəyə "Lester"in çalışdırıcısı Brendan Rocersi gətirməyi planlaşdırır. 

Bu barədə ESPN məlumat yayıb. Klub rəhbərliyi 48 yaşlı mütəxəssisin fəaliyyətini bəyənir. Bu səbəbdən Rocers "qırmızı şeytanlar"ın baş məşqçisi vəzifəsi üçün əsas namizədlərdən hesab edilir. 

Xəbərdə o da qeyd olunub ki, Sulşerin klubdakı taleyinə qarşıdakı 2 matçdan sonra aydınlıq gələcək. Komanda Çempionlar Liqasında "Atalanta", Premyer Liqada isə "Tottenhem"lə üz-üzə gələcək.