Xavidən “Barselona” ilə bağlı açıqlama
Transfer

Xavidən “Barselona” ilə bağlı açıqlama

  • 2021-10-29

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona"nı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

"RMC Sport"a istinadən, "Barselona"nın sabiq futbolçusu bu haqda qısa olaraq deyib:

"Mən "Əl Sədd"də çalışıram. Bütün diqqətim işimdədir. Başqa bir şey haqda danışmayacağam".

Qeyd edək ki, İspaniya mətbuatı Ronald Kumanın istefaya göndərilməsindən sonra "Barselona"nın Xavi ilə razılığa gəldiyini yazıb. İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb.