"Barselona"da müvəqqəti baş məşqçi
Transfer

"Barselona"da müvəqqəti baş məşqçi

  • 2021-10-28

"Barselona"nın müvəqqəti baş məşqçisi müəyyənləşib.

Kataloniya klubuna istinadən, əsas komandanı müvəqqəti olaraq Serxi Barxuan çalışdıracaq."Barselona"nın prezidenti Joan Laportanın bu gün Barxuananı komandaya təqdim edəcəyi bildirilib. "Barselona B"nin baş məşqçisi olan S.Barxuan yeni çalışdırıcı təyinatına kimi təkcə əsas komandada işləyəcək.

Qeyd edək ki, "Barselona" bu gün baş məşqçisi Ronald Kumanı istefaya göndərib.