Qattuzo "Cenoa"nın təklifini rədd etdi
Transfer

Qattuzo "Cenoa"nın təklifini rədd etdi

  • 2021-10-28

Məşqçi Cennaro Qattuzo "Cenoa"nı çalışdırmaqdan imtina edib.

Bu barədə jurnalist Nikola Şkira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, A seriyası təmsilçisinin yeni sahibləri 43 yaşlı mütəxəssisə təklif göndərsələr də, müsbət cavab almayıblar.

Qeyd edək ki, Qattuzonun son klubu "Fiorentina" olub. O, burada rəhbərliklə münaqişə yaşadığı üçün bir oyun da keçirmədən klubdan ayrılmışdı.