"Barselona" Xavi ilə razılığa gəldi
Transfer

"Barselona" Xavi ilə razılığa gəldi

  • 2021-10-28

Ronald Kumanı istefaya göndərən "Barselona"nın bu vəzifəyə əsas namizədi məlum olub. 

Kataloniya klubu komandanı Xavinin çalışdırmasını istəyir. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Xəbərdə tərəflərin razılığa gəldiyi də bildirilib. Lakin təyinatın rəsmi açıqlanması üçün Xavinin hazırda baş məşqçilik etdiyi "Əl-Sədd"dən ayrılması lazımdır. 

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə "Barselona"da oynayıb.