Kuman istefaya göndərildi - Rəsmi
Transfer

Kuman istefaya göndərildi - Rəsmi

  • 2021-10-28

"Barselona" baş məşqçisi Ronald Kumanla yollarını ayırıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis ötən gecə La Liqada "Rayo Valekano"ya uduzduqları matçdan (0:1) sonra istefaya göndərilib. 

Qeyd edək ki, Kuman 2020-ci ildən bu komandanı çalışdırırdı. 

Əlavə edək ki, "Barselona" bu mövsüm La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində 9-cudur.