İkardi PSJ-dən ayrılmaq istəyir
Transfer

İkardi PSJ-dən ayrılmaq istəyir

  • 2021-10-27

PSJ-nin hücumçusu Mauro İkardi klubdan ayrılmaq istəyir.  

Argentina millisinin üzvü az oyun şansı aldığına görə narazıdır. O, heyətdə Lionel Messi, Kilian Mbappe və Neymarla rəqabətdən qalib ayrılmağın mümkün olmadığını başa düşür.

İkardi ilə “Yuventus”, “İnter” və "Çelsi" yaxından maraqlanır. Zadəganların artıq tezliklə fransızlarla danışığa başlaması gözlənilir.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm PSJ-nin heyətində 11 oyunda 3 qol vurub.